XİN sabiq nazir Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

XİN sabiq nazir Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib
# 27 mart 2024 23:58 (UTC +04:00)

Xarici İşlər Nazirliyi sabiq milli təhlükəsizlik naziri, keçmiş səfir Namiq Abbasovun vəfatı ilə bağlı “X” sosial şəbəkəsində paylaşım edib.

APA xəbər verir ki, nazirliyin paylaşımında deyilir:

“Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Namiq Abbasovun vəfatı ilə əlaqədar, mərhum həmkarımıza Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR