Bank Of Baku

Xorvatiya Baş naziri Əli Əsədova başsağlığı məktubu ünvanlayıb

Xorvatiya Baş naziri Əli Əsədova başsağlığı məktubu ünvanlayıb
# 28 dekabr 2024 10:06 (UTC +04:00)

Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova başsağlığı məktubu ünvanlayıb.

APA xəbər verir ki, məktubda deyilir:

“Dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin sərnişinləri və ekipaj üzvlərinin ölümü ilə bağlı faciəvi xəbəri dərin hüznlə aldım. Xorvatiya Respublikası Hökuməti adından və şəxsən öz adımdan Sizə, həlak olanların ailələrinə və bu faciədən zərər çəkmiş bütün insanlara dərin hüznlə başsağlığı verirəm. Biz həmçinin, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq.”

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR