YAP-ın qurultayının nə zaman keçiriləcəyinə aydınlıq gətirilib. “Siyasi partiyalar haqqında” yeni qanunla əlaqədar Yeni Azərbaycan Partiyasının qurultayının keçirilməsinə zərurət yoxdur.
APA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.
Tahir Budaqov qeyd edib ki, YAP-ın nizamnaməsi və proqramı yeni qanunvericiliyə uyğundur.
“Seçkilərdən öncə Yeni Azərbaycan Partiyasının qurultayı keçiriləcək”, - o əlavə edib.