YAP Xətai rayon təşkilatının sədri vəzifəsinə Vüqar Rəhimzadənin namizədliyi veriləcək

Vüqar Rəhimzadə

© APA | Vüqar Rəhimzadə

# 10 sentyabr 2021 11:10 (UTC +04:00)

Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının sədri vəzifəsinə Vüqar Rəhimzadənin namizədliyi irəli sürüləcək.

APA-nın məlumatına görə, V. Rəhimzadənin YAP Xətai rayon təşkilatının sədri təyinatı məsələsinə partiyanın İdarə Heyətinin bu gün keçiriləcək iclasında baxılacaq.

Qeyd edək ki, bundan əvvəl YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov idi. H. Mirələmovun sosial şəbəkələrdə qeyri-əxlaqi videoları yayılandan sonra partiya sıralarından xaric edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR