Bank Of Baku

Zeynal Nağdəliyev: Dünyasını dəyişmiş insanların seçici siyahısında qalmasını tamamilə yığışdırmalıyıq

Zeynal Nağdəliyev: Dünyasını dəyişmiş insanların seçici siyahısında qalmasını tamamilə yığışdırmalıyıq
# 20 dekabr 2023 11:39 (UTC +04:00)

Biz dünyasını dəyişmiş insanların seçici siyahısında qalmasını tamamilə yığışdırmalıyıq.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

O bildirib ki, ən həssas məsələ odur ki, şəhidlərimizin adının da seçici siyahılarında olmasına yol verməməliyik: “Bütün şəhidlərin siyahısı MSK-ya təqdim olunub. Biz çalışmalıyıq ki, dünyasını dəyişmiş heç bir şəxs seçici siyahısında qalmasın”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR