Bank Of Baku

“Zorakılığın Qarşısının Alınması üzrə Milli Mərkəz” yaradılması təklif edilib

“Zorakılığın Qarşısının Alınması üzrə Milli Mərkəz” yaradılması təklif edilib
# 27 oktyabr 2023 11:27 (UTC +04:00)

İcbari tibbi sığorta çərçivəsində qadın və uşaqların səhiyyə xidmətlərinə əlçatanlığının artırılması üçün xüsusi üstünlüklərin müəyyənləşdirilməsi faydalı olar.

APA xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Ailə, qadın və uşaq məsələləri və İnsan hüquqları komitəsinin birgə dinləməsi zamanı deyib.

Komitə sədri həmçinin təklif edib ki, Böyük Qayıdış Strategiyasının reallaşdırılması ilə bağlı azad olunmuş ərazilərdə qadın və uşaqlarla bağlı ayrıca dövlət proqramı qəbul edilsin: "Məişət zorakılığının qarşısının alınması üçün mötəbər məlumat bazasının formalaşdırılması, profilaktiki məzmunu önə çəkmək üçün bir sıra ölkələrdəki kimi “Zorakılığın Qarşısının Alınması üzrə Milli Mərkəz” yaratmaq olar. Dünya praktikası göstərir ki, profilaktika qanunları cinayət və inzibati məcəllələrin ayrı-ayrı maddələrindən daha səmərəlidir. Həmçinin qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi üçün işçi qrup yaratmaq, tərkibini formalaşdırmaq olar".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR