Kiyevdə yaşayan azərbaycanlılar Novruz bayramını təntənəli qeyd edəcəklər

Kiyevdə yaşayan azərbaycanlılar Novruz bayramını təntənəli qeyd edəcəklər
# 19 mart 2007 11:27 (UTC +04:00)
Kiyevdə yaşayan azərbaycanlılar Novruz bayramını keçirmək üçün Kiyevin böyük zallarından birini icarəyə götürüblər. Bu barədə APA-ya Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev məlumat verib. Onun sözlərinə görə, tədbirdə Ukraynanın əməkdar artisti Qurban Abbasovun rəhbərlik etdiyi “Azərbaycan” ansamblının solistləri və rəqs qrupunun konserti olacaq. Açılacaq Novruz süfrəsini paxlava, şəkərbura, səməni və digər milli atributlar bəzəyəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR