İsrail-Azərbaycan Assosiasiyasının təsis qurultayında Azərbaycan və Rusiyadan olan qonaqlar da iştirak edəcək

İsrail-Azərbaycan Assosiasiyasının təsis qurultayında Azərbaycan və Rusiyadan olan qonaqlar da iştirak edəcək
# 05 aprel 2007 08:07 (UTC +04:00)
Aprelin 8-də İsrailin Aşdod şəhərində Azərbaycan diasporası nümayəndələrinin toplantısı keçiriləcək. APA-nın İsrail bürosunun xəbərinə görə, toplantıda aprelin 12-də Tel-Əvivdə keçiriləcək İsrail-Azərbaycan Assosiasiyasının təsis qurultayına nümayəndələr seçiləcək. Qurultayda Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edəcək. Nümayəndə heyətinin tərkibində Azərbaycandakı yəhudi icmasının təmsilçiləri və millət vəkilləri də olacaq. Təsis qurultayına Moskva və Sankt-Peterburqun biznes dairələrinin təmsilçiləri də qatılacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR