Bank Of Baku

Kanadalı millət vəkili Kanada Azərbaycan Dərnəkləri Federasiyasında görüş keçirib

Kanadalı millət vəkili Kanada Azərbaycan Dərnəkləri Federasiyasında görüş keçirib
# 05 may 2007 08:50 (UTC +04:00)
Kanadanın Liberal Partiyasından millət vəkili Ken Dryden dünən Kanada Azərbaycan Dərnəkləri Federasiyasının (KADF) qərargahını ziyarət edib. KADF-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, K. Dryden Azərbaycan və türk icmalarının bir qrup nümayəndəsi ilə görüşüb. Görüşdə hər iki icmanı maraqlandıran məsələlərlə yanaşı, Kanada ictimaiyyətinin də problemləri müzakirə edilib. KADF prezidenti Əkbər Məcidov, Azərbaycan icmasının üzvlərindən York Universitetinin professoru Ulduz Rəhimov, Kanada Türk Dərnəkləri Federasiyasının prezidenti Nedim Düzənli, Mehmed Abidi Kanadanın baş naziri Stefan Harperin qondarma “erməni soyqırımı”nı tez-tez dilə gətirməsindən hər iki icmanın narahat olduğunu, bunun Kanadanın sülhpərvər siyasətinə ciddi zərbə vurduğunu və seçkilərin nəticələrinə təsir edən amil olduğunu vurğulayıblar. K. Dryden digər məsələlərdə olduğu kimi, bu məsələdə də hökumətin yanlış siyasət yürütməsinin Türkiyə və Kanadanın NATO çərçivəsində Yaxın Şərqdəki birgə fəaliyyətinə kölgə saldığını etiraf edib. Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin rəhbəri Nazilə İsgəndərova bəzi Kanada şirkətlərinin Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ətraf rayonlardakı qeyri-qanuni fəaliyyətindən narahat olduqlarını, bu məsələ ilə bağlı Təbii Sərvətlər Komitəsinə müraciət etdiklərini, amma hələ də nəticə əldə etmədiklərini bildirib. KADF prezidenti Əkbər Məcidov isə “First Dynasty”nin Ermənistandakı və Azərbaycanın işğal olunmuş ərazilərindəki zod yataqlarında qeyri-qanuni fəaliyyəti ilə bağlı deputat araşdırmasına başlaması üçün federasiyanın müraciətini cənab K. Drydenə təqdim edib. Millət vəkili bununla bağlı məsələni həm parlament, həm də lazımi dövlət strukturları qarşısında qaldıracağına söz verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR