Bank Of Baku

Strasburqda Şuşanın işğalının 15-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir

Strasburqda Şuşanın işğalının 15-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir
# 07 may 2007 08:16 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, mayın 5-də Dünya Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə bu mövzuda elmi-praktiki keçirilib. Dünən isə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyində Şuşanın işğalının ildönümünə həsr olunmuş anım mərasimi olub. Mərasimə Strasburqda təhsil alan azərbaycanlı tələbələr, millət vəkilləri Qənirə Paşayeva, Gülər Əhmədova, DAK sədrinin müavini Xəzər Emin, yazıçı-dramaturq Əmir Pəhləvan, xalq artistləri Niyaməddin Musayev və İlhamə Quliyeva, Strasburqda fəaliyyət göstərən türk gənclər təşkilatları, Türkiyə kütləvi informasiya vasitələrinin yerli müxbirləri iştirak ediblər. Tədbir çərçivəsində daimi nümayəndəliyin rəhbəri Arif Məmmədov, millət vəkillər Qənirə Paşayeva və Gülər Əhmədova Strasburqda təhsil alan azərbaycanlı və türk tələbələrlə birgə dəyirmi masa keçiriblər. Dəyirmi masada səfir çıxış edən Arif Məmmədov tələbələrlə birlikdə hazırlanan növbəti tədbirlə üzrə iş planını açıqlayıb və Fransada Azərbaycanın və Azərbaycan mədəniyyətinin təbliğində tələbələri fəal olmağa çağırıb. Millət vəkili Qənirə Paşayeva da öz növbəsində tələbələr bu istiqamətdə fəallığı artırmağı tövsiyə edib və təbliğat işlərini türk tələbələrlə birgə koordinasiya edilməsini vacib sayıb. Görüşdə türk və azərbaycanlı tələbələrin koordinasiya şurasının təsis olunması təklifi irəli sürülüb. Bu gün isə Strasburqda Şuşanın işğalının ildönümü münasibətilə növbəti tədbir keçiriləcək. Dünya Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə Azərbaycan Evi və yerli tələbə təşkilatları şəhərin Broqli meydanında nümayiş keçirəcəklər. Nümayişə Avropanın digər ölkə və şəhərlərindən Azərbaycan və türk dərnəklərinin üzvlərinin də qatılacağı gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR