Bank Of Baku

Londonda ikinci Azərbaycan məktəbinin açılışı nəzərdə tutulur

Londonda ikinci Azərbaycan məktəbinin açılışı nəzərdə tutulur
# 07 may 2007 08:46 (UTC +04:00)
Mayın 20-də Londonda Azərbaycanın əməkdar artisti Aygün Bəylərin iştirakı ilə konsert proqramı keçiriləcək. APA-nın Şərqi Avropa bürosunun verdiyi xəbərə görə, proqram Böyük Britaniyanın paytaxtında fəaliyyət göstərən ilk və yeganə Azərbaycan məktəbi “Caspian-Khazri”nin 1 yaşı münasibətilə hazırlanıb. Bundan başqa, Londonda ikinci Azərbaycan məktəbinin açılışı da nəzərdə tutulub. Musiqili gecənin təşkilatçıları Gənclər və İdman Nazirliyi və Londonda fəaliyyət göstərən “Azərbaycanlı Gənclər Klubu”dur. Konsert proqramı mayın 20-də Londonun mərkəzində yerləşən “Baden Paula” salonunda keçiriləcək. “Caspian-Khazri” məktəbinin sponsoru London Azərbaycan Cəmiyyətidir.
Xatırladaq ki, “Caspian-Khazri” Azərbaycan məktəbi 2006-ci il aprelin 21-də Londonda təhsil alan bir qrup azərbaycanlı gənc tərəfindən yaradılıb. Məktəbdə Böyük Britaniyada yaşayan azərbaycanlı ailələrin övladlarına Azərbaycan dili, tarixi, ədəbiyyatı, milli folklor və s. dərslər tədris edilir. Londonun cənub bölgəsində açılması nəzərdə tutulan yeni ikinci məktəbə isə daha çox şagirdin yazılacağı gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR