Bank Of Baku

İsveçdə Azərbaycan musiqisi gecəsi keçirilib

İsveçdə Azərbaycan musiqisi gecəsi keçirilib
# 07 may 2007 11:12 (UTC +04:00)
İsveçdə Azərbaycan musiqisi gecəsi keçirilib. APA-nın Şərqi Avropa bürosunun məlumatına görə, dünən İsveçdə Azərbaycan musiqisi konserti təşkil olunub. Stokholmun “Sedra” Teatrında keçirilən gecədə Təbrizdən gəlmiş “Dalğa” musiqi kollektivi, Güney Azərbaycandan olan aşıqlar Aşıq Məhbub və Cəfər Əhmədi Azərbaycan mahnılarını səsləndiriblər. Güney Azərbaycanda tanınmış musiqiçilərdən olan Aşıq Çingizin başçılıq etdiyi kollektiv dünyanın bir çox yerində Azərbaycan konsertləri verib və Azərbaycan aşıq musiqisini təbliğ edib. Azərbaycan konsertlərinin mayın 8-də Kopenhagendə (Danimarka), mayın 12-də Malmödə və mayın 13-də Höteborq şəhərlərində (İsveç) davam etdirilməsi nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR