Amerikanın ən böyük və populyar İspan dilli qəzetində ilk dəfə olaraq Azərbaycana həsr olunmuş məqalələr dərc olunub

Amerikanın ən böyük və populyar İspan dilli qəzetində ilk dəfə olaraq Azərbaycana həsr olunmuş məqalələr dərc olunub
# 08 may 2007 08:54 (UTC +04:00)
Mənzil qərargahı Los-Angeles şəhərində yerləşən Amerikanın ən böyük İspan dilli qəzeti “La Opinion”-da Azərbaycanla bağlı 3 məqalə çap olunub. APA-nın ABŞ bürosunun məlumatına görə, müəllifi qəzetin baş redaktoru olan Qabriel Lerner məqalələrini Bakıya səfəri zamanı hazırlayıb. Xatırladaq ki, Q. Larner Bakıda keçirilmiş və 57 dövlətin təmsil olduğu İslam Konfransı Təşkilatının (İKT) iclasında iştirak edib. Baş redaktorun məqalələri “Tolerantlıq ideyaları Bakıda cəmləşir”, “Qərbdən gələn reportaj” və “Los Angeles əhalisi: Bakı və Los-Angeles” başlıqları altında dərc olunub. Məqalələrində cənab Larner Azərbaycanın dini baxımdan çox tolerant olduğunu və Bakıda İKT-nın keçirdiyi toplantının müsəlmanlara qarşı yaranan mənfi fikrin dağıdılmasına xidmət etdiyi yazıb. Müəllif toplantıya sədrlik edən xarici işlər naziri Elmar Məmmədyarova istinad edərək Ermənistan tərəfindən Azərbaycana təcavüz edildiyi, bununla yanaşı, Azərbaycanda ermənilərin yaşadığı, onların da azərbaycanlılar qədər azadlığa malik olduqlarını yazır. O, eyni zamanda ölkəmizin əhalisinin 90 faizinin müsəlman olduğunu, Şərq adətlərinə hörmətlə yanaşdığını, bununla yanaşı Qərbə meylliliyini qələmə alıb. Sonuncu məqaləsində isə Q. Larner yaşadığı Los-Angeles şəhərini Bakı ilə müqayisə edərək, Azərbaycanın zəngin mədəniyyətə, gözəl mətbəxə və qədim tarixi abidələrinə malik olduğuna diqqət çəkib.
Qeyd edək ki, “La Opinion” qəzetində Azərbaycanla bağlı ilk dəfədir, məqalə çap olunub. Qəzet 1 milyon tirajla çap olunur. /APA/

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR