Bank Of Baku

Azərbaycan diasporu Nijni Novqorodda müharibə veteranları üçün tədbir keçirib

Azərbaycan diasporu Nijni Novqorodda müharibə veteranları üçün tədbir keçirib
# 08 may 2007 09:41 (UTC +04:00)
Nijni Novqorod vilayətində yaşayan Azərbaycan diasporu Azərbaycanın hüzn və faciə günlərini sevinc və qələbə günləri ilə əvəz etmək üçün birlik nümayiş etdirmək məqsədi ilə vilayətdə yaşayan azərbaycanlıları bir araya gətirib. Vilayətdə fəaliyyət göstərən Azərbaycan və Oğulları Beynəlxalq Mərkəzi 120 min azərbaycanlının yaşadığı Nijni Novqorodun “Lokomotiv” stadionunda birlik nümayiş etdirib. Tədbir iştirakçılarına 5 min kiçik ölçülü Azərbaycan və Rusiya bayraqları paylanıb. Azərbaycandan bir qrup sənətçi və KİV nümayəndələrinin də iştirak etdiyi tədbirdə soydaşlarımız Azərbaycan torpaqlarının erməni işğalından azad olunacağı günün uzaqda olmadığını, onların vuruşmağa hər an hazır olduqları səslənib.
Tədbirin mahiyyəti barədə danışan Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Baxış Zeynalov jurnalistlərə deyib ki, prezident İlham Əliyev Şuşa köçkünləri qarşısında dövlətin danışıqlar haqqında qəti siyasi mövqeyini bildirdikdən sonra tək Azərbaycanda yox, bütün dünyada yaşayan azərbaycanlılar bu mövqeyi tam müdafiə edir.
Nijni Novqoroda getmiş nümayəndə heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önündəki əbədi məşəlin qarşısına əklil qoyub, Nijni Novqorod Kremli ilə tanış olub. Həmin gün Azərbaycan diasporu şəhərdə yaşayan 200-ə yaxın müharibə veteranına təntənəli bayram süfrəsi açıb. Çıxış edən veteranlar soydaşlarımıza minnətdarlığını bildirib, Rusiya-Azərbaycan dostluğundan danışıblar. Onlar faşizm üzərində qələbənin əsas səbəbinin birliyin olmasında, həmin müharibədə düşmənə qarşı 113 millətin nümayəndəsinin vuruşmasında olduğunu qeyd ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR