Moskvada azərbaycanlı tələbə Ağəli Alışova atəş açan şəxsin kimliyi hələ də müəyyənləşməyib

Moskvada azərbaycanlı tələbə Ağəli Alışova atəş açan şəxsin kimliyi hələ də müəyyənləşməyib
# 08 may 2007 12:29 (UTC +04:00)
Patris Lumumba adına Rusiya Xalqlar Dostluğu Universitetində erməni və azərbaycanlı tələbələr arasında münaqişə zamanı azərbaycanlı tələbə Ağəli Alışova atəş açan şəxsin kimliyi hələ də müəyyənləşməyib. Bu barədə APA-ya Moskvada fəaliyyət göstərən Azərbaycan Gənclərinin Koordinasiya Şurasından məlumat verilib. Hələlik faktla bağlı saxlanan yoxdur, azərbaycanlı tələbələr Ağəli Alışova atəş açan şəxsin kimliyini təsdiqləyəcək şahidlərin axtarışını davam etdirirlər. Moskvanın 64 saylı şəhər xəstəxanasından APA-ya bildirilib ki, qarın nahiyəsindən güllə yarası almış tələbə Ağəli Alışovun vəziyyəti orta-ağır olaraq qalır. Xəstəxanadan əlavə ediblər ki, Ağəli Alışovun xəstəxanadan evə buraxılması ilə bağlı məlumatlar əsassızdır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR