Aleks Şapiro Suliman: “Azərbaycanın oğulları onun milli maraqlarını İsraildə layiqincə təmsil və müdafiə etməyə hazırdır”
- İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (AZİZ) yaradılmasında məqsəd nədir?
- Neçə illərdir burada yaşamalarına baxmayaraq, Azərbaycandan İsrailə köçmüş insanlarda doğulduqları, oxuduqları, işləməyə başladıqları və həyatlarının ən yaxşı illərini keçirdikləri ölkə haqqında nostalji hissləri qalıb. Azərbaycanda dostlarımız, həmkarlarımız, qonşularımız, doğmalarımızın məzarları qalıb. İsraildəki azərbaycanlıları birləşdirəcək vahid qurumun yaradılması ideyası ötən illər ərzində dəfələrlə gündəmə gəlib. Hayfa, Netaniya, Akko, Beer-Şeva və Rişan-Le-Sion şəhərlərində Azərbaycan cəmiyyətləri vardı, lakin müxtəlif səbəblərə görə onlar bir araya gələ bilmirdilər. Birləşdirici mərkəz, təşkilati və maddi resurslar, İsraillə Azərbaycan arasında dövlətlərarası münasibətlər yox idi. Azərbaycan isə müstəqilliyinin ilk illərindən etnik separatizmlə üzləşdi, Ermənistanla elan olunmamış müharibə aparmalı oldu. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi işğal edildi, 1 milyon insan qaçqın və məcburi köçkün vəziyyətinə düşdü, ölkədə ağır siyasi-iqtisadi böhran yarandı. Belə vəziyyətdə olan Azərbaycanın İsraildəki diaspora ilə əlaqələr qurmaq heç yadına da düşməzdi. Ancaq bu gün çox şey dəyişib. Azərbaycanda siyasi sabitlik yaranıb, Bakı-Tiflis-Ceyhan strateji neft kəməri fəaliyyətə başlayıb və bu, Azərbaycanın iqtisadi inkişafına güclü təkan verib. Azərbaycan beynəlxalq birliyin ayrılmaz tərkib hissəsinə çevrilmək niyyətindədir və bu məqsədlə diaspora ilə iş üzrə dövlət komitəsi yaradılıb. Şübhəsiz ki, 2006-cı ilin martında İosif Şaqalın Knessetə seçilməsi iki ölkənin yaxınlaşması və assosiasiyamızın yaradılmasında mühüm rol oynadı. İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri olan deputat İ. Şaqalın imkanları sayəsində Azərbaycan mənşəli bütün israilliləri birləşdirəcək beynəlxalq assosiasiyanın yaradılması mümkün oldu. Aprelin 12-də qurumun təsis qurultayı keçirildi və İsrailin hökumət üzvlərinin də qatıldığı toplantıda 600-dən çox nümayəndə və Azərbaycan, ABŞ, Rusiya, Türkiyə, İsveçrə kimi ölkələrdən olan qonaqlar, həmçinin Ukrayna, Belarus, Moldova və Qazaxıstan icmalarının təmsilçiləri iştirak etdi. Hələ İsraildəki heç bir icmanın toplantılarında bu səviyyədə rəsmi iştirak olmayıb.
- Təşkilatın real addımları və gələcək planları nədən ibarətdir?
- Bizim çoxlu layihələrimiz var. Bu layihələri həyata keçirmək və Azərbaycandan köçmüş insanlara real yardım göstərmək istəyirik. İyul ayında Azərbaycanda turizm nümayəndəliyi açmaq üçün buradan rəsmi şəxslərin də daxil olduğu nümayəndə heyəti Bakıya gedəcək. Cavab addımı kimi İsraildə də Azərbaycanın turizm nümayəndəliyi açılacaq. Biz assosiasiyanın qəzetini nəşr etməyə və internet saytını yaratmağa hazırlaşırıq. Bundan başqa, Azərbaycan və İsrail sahibkarları və iş adamları şurası yaratmağı da planlaşdırırıq. Bu qurum iki ölkə arasında bütün real layihələri həyata keçirəcək.
- Azərbaycan-İsrail münasibətlərinin perspektivini necə qiymətləndirirsiniz?
- Hesab edirəm ki, tezliklə İsraildə Azərbaycanın səfirliyi açılacaq. Bundan əvvəl konsulluq, daha əvvəl ticarət nümayəndəliyi, bundan öncə də turizm nümayəndəliyi açıla bilər. Azərbaycan dünyanın bir çox ölkəsində olduğu kimi, İsraildə də layiq olduğu şəkildə təmsil ediləcək. Bununla yanaşı, mən İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının rolunu bir daha qeyd etmək istərdim. Əminliklə demək olar ki, Azərbaycanın İsraildə ünvanı var - onun layiqli oğulları İsraildə Azərbaycanın milli maraqlarını təmsil və müdafiə etməyə hazırdır. Bizim layihələrimizdən biri bu ay İsraildə Azərbaycanın Respublika Gününün qeyd edilməsidir. İlk dəfə olaraq İsrail ərazisində - Knessetin binasında 1918-ci il mayın 28-də yaradılmış, Avropanın demokratik dəyərlərini və şərq mədəniyyətinin tarixi ənənələrini özündə harmonik şəkildə birləşdirmiş Azərbaycan Demokratik Respublikasının yaranmasının ildönümü bayram kimi qeyd olunacaq. İsraildə Azərbaycan səfirliyi olmadığından bütün təşkilati işləri İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası öz üzərinə götürüb. Fürsətdən istifadə edərək assosiasiyanın yarandığı gündən ona informasiya dəstəyi verən APA agentliyinə və onun İsrail bürosuna təşəkkür edirəm. /APA/
Xəbər Lenti
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - FOTO
İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO - YENİLƏNİB
Qazaxda yük avtomobilinin sürücüsü sükan arxasında ölüb
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib
Soltan Məmmədov: Azərbaycançılıq məfkurəsi xalqımızı vahid amal ətrafında birləşdirən əsas ideoloji dayağımızdır
Ərdoğan: Qarabağda yenidən yanan hər ocaq Azərbaycan xalqının gələcəyə inamını göstərir
Sumqayıtda Zəfər Günü münasibətilə şəhidlərin xatirəsi ehtiramla yad edilib - FOTO
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
Tovuzda iki avtomobil toqquşub, onlardan biri divara çırpılıb