Bank Of Baku

Avropa Parlamentinin binasında Azərbaycanlı Tələbələrin II Avropa Forumu öz işinə başlayıb

Avropa Parlamentinin binasında Azərbaycanlı Tələbələrin II Avropa Forumu öz işinə başlayıb
# 14 may 2007 13:53 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, Avropa Parlamentinin binasında keçirilən forumda Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Azərbaycanın Avropa Birliyi yanındakı nümayəndəliyinin rəhbəri Emin Eyyubov, Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri Arif Məmmədov, "Stat OİL" şirkətinin vitse-prezidenti Arve Torvik, Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Peter Semnebi və digər rəsmi şəxslərlə yanaşı, Almaniya, Fransa, İtaliya, Belçikada və digər Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələr, Azərbaycandan gəlmiş gənclər təşkilatlarının nümayəndələri də iştirak ediblər. Forumu açıq elan edən Azərbaycanlı Tələbələrin Avropa Forumunun (ATAF) baş katibi Vüsal Məmmədov, iştirakçılara forumun keçirilməsi barədə qısa məlumat verib. Forumda çıxış edən Azərbaycanın Avropa Birliyi yanında nümayəndəliyinin rəhbəri Emin Eyyubov Avropanın mərkəzi şəhərlərindən birində keçirilən forumun əhəmiyyətinə toxunub. Avropada təhsil alan azərbaycanlı tələbələrin bir yerə yığışıb fikir mübadiləsi aparmasının sevindirici olduğunu ifadə edən səfir, bu cür forumların keçirilməsini dəstəklədiklərini qeyd edib. Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Peter Semnebi öz çıxışında Avropada təhsil alan azərbaycanlı tələbələrin aktivliyini təqdir etdiyini söyləyib. Azərbaycan və Avropa Birliyi arasındakı əlaqələrə toxunan Semnebi tərəflər arasında əməkdaşlığın gün keçdikcə daha da genişləndiyini qeyd edib. Avropada təhsil alan azərbaycanlı tələbələrin Azərbaycanla Avropa arasında xüsusi körpü rolu oynadığını vurğulayan Semnebi gənclərin dinamikliyi sayəsində gələcəyə ümidlər baxdığını ifadə edib. Forumda çıxış edən gənclər və idman naziri Azad Rəhimov isə bu cür forumların Azərbaycanın Avropada tanıdılmasında əhəmiyyətli rol oynadığını bildirib. Təşkilatçılara öz minnətdarlığını çatdıran nazir bu cür tədbirlərə hər zaman dəstək verdiklərini və bundan sonra da dəstək verməyə davam edəcəklərini qeyd edib. Üç gün davam edəcək forum çərçivəsində Avropa Parlamenti və NATO-da müxtəlif görüşlər keçiriləcək, konfranslar təşkil olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR