Bank Of Baku

Brüsseldə Şuşa və Laçının işğalının ildönümü ilə bağlı etiraz aksiyası keçiriləcək

Brüsseldə Şuşa və Laçının işğalının ildönümü ilə bağlı etiraz aksiyası keçiriləcək
# 14 may 2007 14:01 (UTC +04:00)
Mayın 15-də Brüssel şəhərində ermənilərin Şuşa və Laçını işğal etməsinin növbəti ildönümü ilə bağlı etiraz aksiyası keçiriləcək. Bu barədə APA-ya Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirilib. Məlumata görə, Avropa İttifaqının Avropa Komissiyasının inzibati binası yaxınlığında yerləşən “Şuman” meydanında keçiriləcək aksiyanın təşkilatçıları Benilüks Azərbaycan Təşkilatları Əlaqələndirmə Şurası, Benilüks Azərbaycanlıları Konqresi və Belçika-Azərbaycan Komitəsidir. Bu qurumlar etiraz aksiyası zamanı Avropa Parlamenti və Avropa Komissiyasına rəsmi bəyanat ünvanlayacaq, həmçinin zəruri materiallar təqdim edəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR