Bank Of Baku

Londonda təşkil olunmuş elm sərgisində Azərbaycan məktəbinin şagirdləri üçüncü yerə layiq görülüblər

Londonda təşkil olunmuş elm sərgisində Azərbaycan məktəbinin şagirdləri üçüncü yerə layiq görülüblər
# 15 may 2007 15:12 (UTC +04:00)
Mayın 13-də Londonda təşkil olunmuş 4-cü elm sərgisində Böyük Britaniya paytaxtındakı "Caspian-Khazri" Azərbaycan məktəbinin şagirdləri üçüncü yerə layiq görülüblər. Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, dünyanın ən aktual problemlərindən biri olan tullantıların yenidən işlənməsi üzrə layihəyə hazırlaşan Azərbaycan məktəbinin iki şagirdi - Ülkər və Fidan sərgini izləməyə gələnlərin səsverməsindən sonra üçüncü yerə layiq görülərək bürünc medal alıblar.
Xatırladaq ki, Londondakı Azərbaycan məktəbi bir il öncə fəaliyyətə başlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR