Bank Of Baku

Brüsseldə Şuşa və Laçının işğalının 15-ci ildönümü ilə bağlı etiraz aksiyası keçirilib

Brüsseldə Şuşa və Laçının işğalının 15-ci ildönümü ilə bağlı etiraz aksiyası keçirilib
# 15 may 2007 17:01 (UTC +04:00)
Bu barədə APA-ya Benilüks Azərbaycanlıları Konqresinin vitse-prezidenti Elsevər Məmmədov məlumat verib. Benilüks Azərbaycan Təşkilatları Əlaqələndirmə Şurası, Benilüks Azərbaycanlıları Konqresi və Belçika Azərbaycan Komitəsinin təşkilatçılığı ilə keçirilən etiraz aksiyası Avropa İttifaqının Avropa Komissiyasının binası yaxınlığında baş tutub. “Şuman” meydanında 150-200 nəfərin iştirakı ilə keçirilən aksiya Brüssel vaxtı ilə saat 14-də başlayıb. E. Məmmədov bildirib ki, Azərbaycanın Belçikadakı səfirliyinin dəstəyi ilə keçirilən aksiyada ermənilərin Azərbaycan torpaqlarını işğal altında saxlaması, Şuşa və Laçının işğalı ilə bağlı həqiqətlər səsləndirilib. Aksiya iştirakçıları Ermənistan tərəfindən işğal olunan Azərbaycanın ərazilərinin azad edilməsi ilə bağlı tələblər irəli sürüblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR