Bank Of Baku

İranın azərbaycanlılar yaşayan şəhərlərində baş verən aksiyaların ildönümü ilə bağlı Höteborq şəhərində yürüş-mitinq keçiriləcək

İranın azərbaycanlılar yaşayan şəhərlərində baş verən aksiyaların ildönümü ilə bağlı Höteborq şəhərində yürüş-mitinq keçiriləcək
# 16 may 2007 08:00 (UTC +04:00)
İranın azərbaycanlılar yaşayan şəhərlərində 2006-cı il mayında baş verən aksiyaların ildönümü ilə bağlı Güney Azərbaycan Milli Oyanış Hərəkatının Avropa Təşkilatı tərəfindən
mayın 22-də İsveçin Höteborq şəhərində yürüş-mitinq keçiriləcək. Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Bakı bürosunun mətbuat xidmətinin rəhbəri Ağrı Qaradağlının APA-ya verdiyi məlumata görə, aksiyada 2006-cı il may-iyun aylarında baş verən hadisələrə hüquqi qiymət verilməsi tələb olunacaq. Bu istiqamətdə beynəlxalq təşkilatlardan da dəstək istəniləcək. Yürüş-mitinqdə İran hakimiyyətinin azərbaycanlılarla bağlı siyasəti pislənəcək və həmin aksiyalarda hüquq-mühafizə orqanları ilə toqquşmada həlak olan və xəsarət alan azərbaycanlıların ailələrinə təzyiqlərin dayandırılması istəniləcək. Mitinqdə dünya dövlətlərinə və nüfuzlu beynəlxalq təşkilatlar müraciət də qəbul ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR