Bank Of Baku

Almaniyanın Köniqştayn şəhərində Azərbaycan mədəniyyətinin tanıtma gecəsi keçirilib

Almaniyanın Köniqştayn şəhərində Azərbaycan mədəniyyətinin tanıtma gecəsi keçirilib
# 18 may 2007 14:35 (UTC +04:00)
Frankfurt Azərbaycanlılar Cəmiyyətinin təşəbbüsü və Azərbaycanın Almaniyadakı səfirliyinin yardımı ilə Köniqştayn şəhərində Azərbaycan mədəniyyətinin tanıtma gecəsi keçirilib. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, gecənin əsas məqsədi Azərbaycanın qədim mədəniyyətinin, tarixinin və musiqisinin dünya sivilizasiyasında oynadığı rolu və buraxdığı silinməz izləri alman ictimaiyyətinə tanıtmaq olub. Gecədə əksəriyyəti almanlardan və digər xarici ölkələrin vətəndaşlarından ibarət 200-dək qonaq iştirak edib. Mərasimdə Köniqştayn şəhərinin rəhbəri Leonard Helm, Azərbaycanın Almaniyadakı səfirliyinin birinci katibi Rizvan Nəbiyev, Türkiyənin Frankfurt Konsulluğunun konsul müavini Güclü Kalafat, Maynz Azərbaycanlılar Dərnəyinin rəhbəri Başar Kömür, Almaniya Azərbaycan Dərnəkləri Federasiyasının rəhbəri Nüsrət Delbastəh iştirak ediblər. Tədbirin bədii hissəsində Azərbaycanın qədim tarixi və mədəni abidələri, təbiəti, Bakının keçmişi və bu günü haqqında qısa film göstərilib, Azərbaycan rəssamı Əşrəf Heybətovun əsərlərindən ibarət sərgi təşkil olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR