Bank Of Baku

Rumıniyadakı türk və Azərbaycan icmalarının nümayəndələri ənənəvi Bahar Yürüşü keçiriblər

Rumıniyadakı türk və Azərbaycan icmalarının nümayəndələri ənənəvi Bahar Yürüşü keçiriblər
# 21 may 2007 14:04 (UTC +04:00)
Mayın 20-də Buxarestin mərkəzində Rumıniyada yaşayan türk və Azərbaycan icmalarının nümayəndələri ənənəvi Buxarest Gənclərinin Bahar Yürüşünə çıxıblar. APA-nın Şərqi Avropa bürosunun verdiyi xəbərə görə, adətən 19 may - Atatürkü anma, gənclik və idman bayramı ilə eyni gündə təşkil olunan yürüş 2005-ci ildən etibarən Rumıniya paytaxtında mütəmadi keçirilir. Əvvəlki yürüşlərdən fərqli olaraq bu dəfə iştirakçılar çiyinlərində Azərbaycanın nəhəng bayrağını daşıyıblar. Türkiyə, Azərbaycan və Rumıniya bayraqlarının dalğalandığı yürüş Buxarestin mərkəzindəki Dorobantsilor və Böyük Ştefan prospektlərində gerçəkləşdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR