Bank Of Baku

Demokratik Dünya Azərbaycanlıları Konqresi İran rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir

Demokratik Dünya Azərbaycanlıları Konqresi İran rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir
# 21 may 2007 14:37 (UTC +04:00)
Demokratik Dünya Azərbaycanlıları Konqresi (DDAK) 2006-cı ilin may-iyun aylarında İranın azərbaycanlılar yaşayan şəhərlərində baş verən hadisələrlə bağlı beynəlxalq təşkilatlara müraciət edib. DDAK-dan APA-ya verilən məlumata görə, müraciətdə İran dövlətinin azərbaycanlılara olan münasibəti pislənib və baş verənlərlə əlaqədar bu ölkənin rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunması tələb edilib: “2006-cı il mayın 21-də minlərlə Azərbaycan türkünün İranın müxtəlif şəhərlərində küçələrə çıxaraq etiraz səslərini ucaltması bu günü təqvimə Təbriz hadisələri adı ilə qeyd etdi. Bu, bir millətə qarşı olan basqı siyasətinə növbəti cavab idi. Mahiyyətinə görə bu olay böyük bir hadisə olsa da, yenə də dünya ictimaiyyəti tərəfindən lazımi dəstək ala bilmədi. Bu cür münasibət fars şovinist rejiminin azərbaycanlılarla daha amansız rəftarına, millətin aktivlərinə qarşı repressiyaları gücləndirməsinə səbəb oldu. Təbriz hadisələrinin qisası son bir ildə yüzlərlə günahsız insanın qətl və həbsinə səbəb oldu ki, bunlar da bütün dünya ictimaiyyətinin gözü qarşısında baş verməkdədir. Dünya ictimaiyyəti susduqca, qanı batan günahsız insanların sayı da artır. Demokratik Dünya Azərbaycanlıları Konqresi baş verənləri bəşəri dəyərlərin ziddinə və bir millətə qarşı cinayət hesab edir. Beynəlxalq təşkilatlardan isə baş verənlərə qiymət verməsini tələb edir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR