Bank Of Baku

Skandinaviyada İrandakı may hadisələrinin ildönümü qeyd olunur

Skandinaviyada İrandakı may hadisələrinin ildönümü qeyd olunur
# 22 may 2007 11:26 (UTC +04:00)
Bu gün İsveçin paytaxtı Stokholm şəhərində 2006-cı ildə İranın azərbaycanlılar yaşayan bölgələrində keçirilmiş mitinq və nümayişlərin ildönümü münasibətilə kütləvi aksiya təşkil olunacaq. İsveç Azərbaycan Federasiyasından APA-ya verilən məlumata görə, bu qurumun təşəbbüsü və təşkilatçılığı ilə keçirilən mitinq İsveç parlamentinin önündə yerli vaxtla saat 17.00-da başlayacaq. Mitinqə Stokholm və ətrafında yaşayan azərbaycanlılar, habelə yerli ictimaiyyətin nümayəndələri qatılacaqlar.
Mayın 26-da isə Norveçin paytaxtı Oslo şəhərində fəaliyyət göstərən Azərbaycan “Xəzər Yanar” Təşkilatı ölkə parlamentinin önündə yerli vaxtla saat 14.00-də sərgi təşkil edəcək. Təşkilatdan bildiriblər ki, sərgidə may hərəkatını əks etdirən sənədlər göstəriləcək və Norveç rəsmilərinə məktub təqdim ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR