Bank Of Baku

GAMOH-un Bakı bürosu mayın 23-də İranın Azərbaycandakı səfirliyi qarşısında piket keçirəcək

GAMOH-un Bakı bürosu mayın 23-də İranın Azərbaycandakı səfirliyi qarşısında piket keçirəcək
# 22 may 2007 12:21 (UTC +04:00)
Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Bakı bürosu mayın 23-də İranın Azərbaycandakı səfirliyi qarşısında 2006-cı il mayın 22-də bu ölkənin azərbaycanlılar yaşayan şəhərlərində baş verən hadisələrlə bağlı piket keçirəcək. GAMOH Bakı bürosunun mətbuat xidmətinin rəhbəri Ağrı Qaradağlı APA-ya bildirib ki, aksiyaya may-iyun hadisələri ilə əlaqədar dəyirmi masa ilə start veriləcək. Dəyirmi masadan sonra tədbir iştirakçıları İran səfirliyinə qədər yürüş edəcək və burada piket keçiriləcək. A.Qaradağlı konspirasiya məqsədilə piketin vaxtı haqda məlumat verməkdən də çəkinib: “Piketin vaxtı bəlli olanda, əvvəlcədən polis aksiya keçiriləcək yerdə postlar təşkil edir və aksiya əhəmiyyətini itirir. Bu səbəbdən jurnalistlərə piketin vaxtına bir saat qalmış məlumat veriləcək. Aksiyada isə dünya birliyindən 2006-cı ilin may-iyun aylarında İranın azərbaycanlılar yaşayan şəhərlərində baş verənlərə hüquqi qiymət verilməsi və beynəlxalq təşkilatlardan azərbaycanlıların haqlarının qorunması tələb ediləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR