Bank Of Baku

Azərbaycanın Respublika Günü dünyanın dörd bir yanında qeyd ediləcək

Azərbaycanın Respublika Günü dünyanın dörd bir yanında qeyd ediləcək
# 23 may 2007 10:36 (UTC +04:00)
28 May - Respublika Günü münasibətilə müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar bayram tədbirləri keçirəcəklər. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, İslandiyadakı “Azəri” Cəmiyyəti bayramı mayın 25-də qeyd edəcək. Mayın 27-də Madriddə yaradılmış Azərbaycan Dostluq Cəmiyyəti Azərbaycanın İspaniya Krallığındakı səfirliyinin dəstəyi ilə tədbir keçirəcək. Həmin gün Strasburqda FATA-nın təşkilatçılığı ilə “Bakı gecələri” restoranında bayram şənliyi olacaq. Estoniyada fəaliyyət göstərən “Aydan” Cəmiyyəti, Litva Azərbaycanlıları Cəmiyyəti bayramı mayın 28-də qeyd edəcəklər. Həmin gün AGFA adlı qurum Parisdə Azərbaycana həsr olunmuş fotosərgi, Almaniyadakı “Azərbaycan evi” və Hollandiyadakı Benilüks Azərbaycanlıları Konqresi də bayram tədbiri keçirəcəklər. Respublika Günü münasibətilə ən böyük tədbirlərdən biri mayın 29-da Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Strasburq şəhərində olacaq. Bu tədbirə Azərbaycanlı Tələbələrin Avropa Forumunun yürüş-festivalı və bədii proqram daxildir. Bundan başqa, Türkiyə, Şimali Kipr, Rusiya, Ukrayna, Danimarka, İsveç, Çexiya, Polşa, Bolqarıstan, Finlandiya, Rumıniya və Yeni Zelandiyanın müxtəlif şəhərlərində də Azərbaycan Demokratik Respublikasının qurulmasının ildönümü qeyd ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR