Bank Of Baku

Avropalı gənclərin beynəlxalq görüşünün iştirakçıları Sumqayıtda olublar

Avropalı gənclərin beynəlxalq görüşünün iştirakçıları Sumqayıtda olublar
# 23 may 2007 16:08 (UTC +04:00)
Avropa Şurasının “Hamı fərqli, Hamı bərabər” kampaniyası çərçivəsində “Kampaniya bitir, ideya qalır” adı altında Sumqayıt şəhərində keçirilən avropalı gənclərin beynəlxalq görüşünün iştirakçıları mayın 22-də Sumqayıt şəhəri ilə tanış olublar. Bu barədə APA-ya Sumqayıt Şəhər İcra Hakimiyyətindən (ŞİH) məlumat verilib. Daha sonra tədbir iştirakçılarını Sumqayıt ŞİH başçısı Vaqif Əliyev qəbul edib. Azərbaycanda hər 3 ildən bir Gənclər Forumunun keçirildiyini deyən V. Əliyev gənclərin ictimai proseslərdə fəal iştirakının təmin olunması üçün dövlət rəhbərliyi tərəfindən hər cür şərait yaradıldığını bildirib. “Hamı fərqli, Hamı bərabər” kampaniyasının Sumqayıtda start götürdüyünü söyləyən V. Əliyev şəhər rəhbərliyinin gələcəkdə də belə faydalı layihələrə dəstək verəcəyini deyib. V. Əliyev həmçinin Ermənistan-Azərbaycan münaqişəsi haqqında avropalı gənclərə ətraflı məlumat verib.
Görüşdə çıxış edən Azərbaycanlı Tələbələrin Avropa Forumunun baş katibi Vüsal Məmmədov Azərbaycanın “Hamı fərqli, Hamı bərabər” kampaniyası çərçivəsində ən aktiv ölkə olduğunu vurğulayıb. Ukraynanı təmsil edən Svetlana Lukavenko isə gənclər siyasəti sahəsində və dövlət səviyyəsində gənclərin dəstəklənməsində Azərbaycanın Ukraynaya nümunə ola biləcəyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR