Bank Of Baku

Sankt-Peterburqda fəaliyyət göstərən milli-mədəni birliklərin gənclər üzrə layihələrinin 1-ci festivalı keçirilib

Sankt-Peterburqda fəaliyyət göstərən milli-mədəni birliklərin gənclər üzrə layihələrinin 1-ci festivalı keçirilib
# 25 may 2007 07:43 (UTC +04:00)
Mayın 24-də Sankt-Peterburqda fəaliyyət göstərən milli-mədəni birliklərin gənclər üzrə layihələrinin 1-ci festivalı keçirilib. Bu barədə APA-ya Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov məlumat verib. Festival Sankt-Peterburq şəhər administrasiyasının Beynəlxalq Əlaqələr Komitəsinin nəzdində fəaliyyət göstərən Xaricdə Yaşayan Soydaşlar və Sankt-Peterburqdakı Milli-Mədəni Birliklərin Gənclər İctimai Şurasının tolerantlıq proqramı çərçivəsində təşkil olunub. Festivalın ilk günündə plenar iclas zamanı baş konsul Q. Osmanov çıxış edərək Sankt-Peterburqda yaşayan və təhsil alan azərbaycanlı gənclərin vəziyyəti, üzləşdikləri problemlər, tələbəlik həyatı, milli dözümlülük, diasporanın gənclərlə bağlı aktiv fəaliyyəti barədə iştirakçılara məlumat verib. Tədbirdə çıxış edən şəhər administrasiyasının nümayəndələri Sankt-Peterburq şəhərində güclü Azərbaycan diasporasının mövcud olduğunu xüsusi vurğulayaraq, şəhərin ictimai-siyasi və iqtisadi həyatında azərbaycanlıların mühüm rolunu bir daha iştirakçıların nəzərinə çatdırıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR