Bank Of Baku

Kaliforniyanın Union Siti Şəhər Şurası 28 may tarixinin Azərbaycan günü kimi qeyd olunması barədə qərar qəbul edib

Kaliforniyanın Union Siti Şəhər Şurası 28 may tarixinin Azərbaycan günü kimi qeyd olunması barədə qərar qəbul edib
# 25 may 2007 10:36 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, Kaliforniyanın Şimali Azərbaycanlılar Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə baş tutan bu qərar ötən gün Union Siti Şəhər Şurası tərəfindən təsdiqlənib. Şəhərin meri Mark Qrin diaspora üzvləri ilə görüşdə bildirib ki, Union Sitinin azərbaycanlı sakinləri bütün tədbirlərdə aktiv iştirak edir, təhsil və ekologiyaya həsr olunan iməciliklərə qatılırlar. Eyni zamanda mer terrorizmə qarşı mübarizədə Azərbaycanın ABŞ-a dəstək verdiyini xatırladıb. Qeyd edək ki, Kaliforniyanın Şimali Azərbaycanlılar Mədəniyyət Mərkəzi 2004-ci ildə rəsmi qeydiyyata alınıb. Bu mərkəz öz sıralarında San-Fransisko, San-Xose, Union Siti, Sacramento, Berkeley, Mountain View və sair 40-a yaxın şəhərdə yaşayan azərbaycanlıları birləşdirir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR