Bank Of Baku

Xarici ölkələrdə yaşayan Azərbaycan Alimlərinin Forumu təxirə salınıb

Xarici ölkələrdə yaşayan Azərbaycan Alimlərinin Forumu təxirə salınıb
# 25 may 2007 10:56 (UTC +04:00)
İyunun əvvəllərində Türkiyənin Antalya şəhərində keçirilməsi gözlənilən xarici ölkələrdə yaşayan Azərbaycan Alimlərinin Forumu təxirə salınıb. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılar İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib. Onun sözlərinə görə, bu, texniki məsələlərlə bağlıdır: “Yay aylarında turist səfərlərinin başlanması, alimlərin yay tətilinə çıxması, universitetlərdə imtahanların keçirilməsi tədbirin bu ərəfədə forumun baş tutmasını mümkün etmir. Biz o səbəbdən tədbiri gələcək zamanlara saxlamışıq. Əlverişli bir zamanda alimlərimizi bir araya yığacağıq”. Komitə sədri bildirib ki, ola bilsin, tədbir Antalya yox, Bakıda baş tutacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR