Bank Of Baku

Amerika Birləşmiş Ştatlarının bir çox şəhər və dairələrində 28 may tarixi Azərbaycan Respublikası Günü elan olunub

Amerika Birləşmiş Ştatlarının bir çox şəhər və dairələrində 28 may tarixi Azərbaycan Respublikası Günü elan olunub
# 29 may 2007 08:15 (UTC +04:00)
Azərbaycan-Amerika Şurasının (Kaliforniya ştatı) sədri Cavid Hüseynovun APA-nın ABŞ bürosuna verdiyi məlumata görə, bu il Kaliforniyanın Long Beach şəhəri və Orange County dairəsində Azərbaycan Günü kimi qeyd olunur. Long Beach şəhərinin meri Bob Foster bununla bağlı xüsusi bəyannamə imzalayıb və Azərbaycan xalqının dünyada ilk müsəlman xalq kimi dünyəvi dövlət qurduğunu diqqətə çəkib. O eyni zamanda Azərbaycan-Amerika Şurasının Long Beach şəhərində və Kaliforniya ştatında millətlər arasında anlaşmanın və mədəni dialoqun genişlənməsində xidmətlərini olduğunu qeyd edib. Los-Anceles şəhərinin nüfuzlu Müşahidəçilər Şurası 28 may Respublika Günü münasibətilə Azərbaycanın Los-Anceles şəhərindəki baş konsulluğuna təbrik məktubu yollayıb. Texas ştatının Hyuston şəhərində də 28 may tarixi Azərbaycan Günü kimi qeyd olunub. Şəhərin meri Bill Whitın Hyuston Bakı Qardaş Şəhərlər Assosiasiyasına yolladığı məktubda əsrin əvvəlində qurulan Azərbaycan Demokratik Respublikasında bütün vətəndaşlara seçki hüquqlarının verildiyini bildirib. ABŞ-nın Şərq bölgəsində fəaliyyət göstərən və bu il 50 yaşı tamam olan Amerika-Azərbaycan Cəmiyyətində isə Respublika Günü münasibətilə xüsusi toplantı keçirilib. Azərbaycan Demokratik Respublikasının ilk milli təhlükəsizlik naziri Nağı Şeyxzamanlının nəvəsi Tomris Azəri toplantıda çıxış edərək həmin dövrlə bağlı babasının xatirələrini danışıb. Tomris Azəri bu tarixin Amerikada da vətən uğrunda şəhid olmuş gənclərin anma günü kimi qeyd olunduğunu bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR