Bank Of Baku

ABŞ-da Azərbaycan diasporunun güclü rəqəmsal yaddaşa malik internet saytı istifadəyə verilib

ABŞ-da Azərbaycan diasporunun güclü rəqəmsal yaddaşa malik internet saytı istifadəyə verilib
# 29 may 2007 08:33 (UTC +04:00)
“Azərbaycan Amerika diasporunun hər bir üzvünü birləşdirən, istiqamətləndirən və lobbiçilik fəaliyyətimizə xidmət edən mükəmməl İnternet səhifəsinin yaradılması ideyası uzun illər ərzində bu işə cəlb olunan insanların arzusu idi. İdeyamızın bir gün reallaşacağını nəzərə alaraq biz hələ bir müddət əvvəl www.Azeris.com və onun qanadı olan www.Azeris.net səhifələrini yaratmışdıq”. Bu eksklüziv açıqlamanı APA-nın ABŞ bürosuna www.Azeris.com diaspora saytının həmmüəllifi Adil Bağırov verib. O, adı çəkilən saytın İnternetdə mövcud olan minlərlə saytlardan biri olmayacağını deyib: “Bu çox mürəkkəb, güclü rəqəmsal yaddaşa malik və daha çox iri korporasiyaların malik olduğu bahalı proqramla təchiz edilmiş İnternet səhifəsi olacaq. İnanıram ki, böyük nailiyyətlərə imza atmaq üçün bizim ambisiyalı və böyük İnternet səhifəmiz olmalıdır. www.Azeris.com saytı Azərbaycan Amerika diasporunun hər bir üzvü üçün Amerikada baş verən bütün siyasi hadisələri ilə bağlı tam əhatəli məlumat mənbəyi olacaq. Başqa sözlə, hər bir insan ən son məlumatları əldə etmək üçün, diasporun layihələri və onlara necə dəstək göstərilməlidir sualına cavab tapmaq üçün bura gələcək. İstifadəçilər saytda əsasən Azərbaycan Amerika diasporunu narahat edən məsələlər barədə məlumatlar alacaq, müəyyən məsələlər ilə bağlı professional tərtib edilmiş məktublarla tanış olaraq onları imzalayacaqlar. Bu məktublar Konqresin üzvlərinə, ayrı-ayrı ştatların rəhbərlərinə, tanımış simalarına ünvanlanacaq. Bundan başqa saytda dəstək və etiraz məktubları yerləşdiriləcək, həmin məktubların yazılmasına səbəb olan məqamlar açıqlanacaq, hər bir kompaniyaya cəlb olunan insanlar barədə məlumat veriləcək. Bütün bu məlumatlar İnternet səhifəsində yerləşdiriləndən sonra istənilən şəxs onlara tanış ola biləcək və razı olduğu təqdirdə tez bir zamanda, pulsuz, İnternet və ya faks vasitəsi ilə onları ABŞ Konqresinin bütün üzvlərinə, Amerika mediasına və bəzi rəsmi orqanlara - Ağ Ev və Dövlət Departamentinə yollamaq imkanı qazanacaq”. Adil Bağırov www.Azeris.com saytının təkcə azərbaycanlılar üçün yox, Azərbaycanı sevən bütün amerikalılar üçün faydalı olacağını bildirib: “Başqa sözlə, hər bir insan gəlib bizim təşəbbüslərimizə qatıla biləcək və eyni zamanda biz də Azərbaycan və azərbaycanlılarla bağlı olmayan layihələrə töhfəmizi verə biləcəyik. Əgər yadınızdadırsa, bundan əvvəl biz ayrı-ayrı mürəkkəb şəbəkələrindən istifadə edirdik, bir necə addım tələb edən sxemlərdən istifadə edərək istədiyimiz adamlara məktublarımızı yollayırdıq. Buna görə də, bir çoxları məyus olurdular, səhvlərə yol verirdilər, və ya məktubları yollamağa sadəcə tənbəlik edirdilər. İndi bu prosesin hamısı avtomatik olacaq”. Adil Bağırov layihənin uğurunun diaspora üzvlərinin fəallığından asılı olduğunu deyib: “Layihənin uğuru hamımızdan və ayrılıqda hər birimizdən asılı olacaq. Buna görə də nə mən, nə də 100 nəfər bu layihəni uğurlu edə bilməz. Yalnız 400 min nəfərə yaxın olması təxmin edilən Azərbaycan Amerika icmasının əksəriyyəti, müvəqqəti burada yaşayan insanlar bu İnternet səhifəsinə daxil olaraq, məktublar yollayaraq səhifəni uğurlu edə biləcəklər. Nə qədər çox insan səhifəmizə daxil olarsa, bir necə düyməyə basarsa (bütün bunlar bir dəqiqədən az vaxt aparacaq) bir o qədər diaspora olaraq biz uğurlu olacaq. Əlbəttə, bütün bu işlər mütəmadi maliyyə yardımlar tələb edir. Lakin biz bu çətinliklərə qalib gəlməliyik. Necə ki, Xocalıda valideynsiz qalan uşaqlara yardım kompaniyasında və ya ehtiyacı olan Azəri tələbələrə min dollarlarla pul topladığımız kimi. Bizim bu sahədə kifayət qədər təcrübəmiz var. Bundan əvvəlki layihələrimizdə çoxlu sayda Azərbaycan Amerika ailələri bütün ABŞ-dan bizlərə dərhal maliyyə yardımları göstərmək niyyətləri ilə çıxış ediblər. Çünki cəmiyyətimizin professional müsahibi var və www.Azeris.com bütün təsisçiləri uzun illər təmsil olunduqları icmalar üçün çox iş görmüş və ad çıxarmış şəxslərdir. www.Azeris.com saytı diasporumuzun güclənməsində, səsimizin ABŞ-ın siyasi dairələri və mediasında da daha da yaxşı eşidilməsində ciddi təkan olacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR