Bank Of Baku

Azərbaycanlı tələbələr Strasburqda 28 May - Respublika Gününə həsr olunmuş bayram yürüşü keçiriblər

Azərbaycanlı tələbələr Strasburqda 28 May - Respublika Gününə həsr olunmuş bayram yürüşü keçiriblər
# 29 may 2007 16:58 (UTC +04:00)
Bu gün Strasburqda Avropada Təhsil Alan Azərbaycanlı Tələbələri Forumunun Strasburq bölməsinin təşkilatçılığı ilə 28 May - Respublika Gününə həsr olunmuş karnaval xarakterli bayram yürüşü keçirilib. APA-nın Strasburqa ezam olunmuş müxbirinin məlumatına görə, bu şəhərdə, həmçinin, Almaniyada təhsil alan 20-25 azərbaycanlı tələbə Azərbaycan bayrağının və Forumun rəmzləri əks olunmuş köynəklər və milli geyimdə Azərbaycan mahnı və rəqslərini ifa edərək “Yaşasın Azərbaycan”, “Yaşasın Fransa”, “Yaşasın Azərbaycan-Fransa dostluğu”, “Yaşasın Azərbaycan gəncləri” şüarları səsləndiriblər. Aksiya Respublika meydanından Kafedral meydana qədər 2 saat ərzində davam edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR