Bank Of Baku

Azay Quliyev: “Gürcüstan azərbaycanlılarının özləri təşkilatlanmaqda maraqlı olmalıdır”

Azay Quliyev: “Gürcüstan azərbaycanlılarının özləri təşkilatlanmaqda maraqlı olmalıdır”
# 30 may 2007 16:59 (UTC +04:00)
“Gürcüstan azərbaycanlılarının özləri təşkilatlanmaqda maraqlı olmalıdır. Bizim onlara hər hansı yardımımız başqa ölkənin işinə qarışmaq kimi yozula bilər. Digər tərəfdən, bununla bağlı Milli QHT Forumu tərəfindən proqram hazırlanmışdı. Hətta bir neçə şəxslə də görüşlərimiz oldu və onlara dəstək veriləcəyimiz bildirildi. Lakin Gürcüstandan olan azərbaycanlılardan aktivlik hiss edilmədi”. Milli QHT Forumunun prezidenti Azay Quliyev APA-ya bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlıların QHT yaratması ilə bağlı məsələ bu gün də aktualdır və Milli QHT Forumu bununla əlaqədar müvafiq işləri görməyə hazırdır. A. Quliyev Azərbaycanın hökumət qurumlarının bu məsələyə müdaxilə etməsinin əleyhinə olduğunu deyib: “Elə məsələlər var ki, hökumət qurumlarının bura müdaxilə etməsi düzgün deyil. Gürcüstan azərbaycanlılarının problemləri də bu səpkili məsələlərdən biridir. Problemlərin həllində dövlətin rolu inkar olunmazdır. Amma hər bir halda məsələnin həllinin iki yolu var. Birincisi, Azərbaycan dövləti Gürcüstanın rəsmi dairələrini bu problemə cəlb etməlidir. İkincisi, orada yaşayan azərbaycanlılar özləri təşkilatlanma ilə bağlı aktivlik nümayiş etdirməlidirlər”. Gürcüstan azərbaycanlılarının problemlərinin həll olunması üçün QHT-lərin yaradılmasının zəruriliyini vurğulayan A.Quliyevin sözlərinə görə, ilk növbədə azərbaycanlıların özləri hüquq və mənafelərini qorumalıdırlar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR