Bank Of Baku

Voronejdə fəaliyyət göstərən “Birlik” Cəmiyyətinin sədri İlham Kazımov vəfat edib

Voronejdə fəaliyyət göstərən “Birlik” Cəmiyyətinin sədri İlham Kazımov vəfat edib
# 06 iyun 2007 11:21 (UTC +04:00)
Rusiyanın Voronej şəhərində fəaliyyət göstərən “Birlik” Cəmiyyətinin sədri və eyni adlı jurnalın təsisçisi İlham Kazımov iyunun 1-də gecə saatlarında yaşadığı mənzildə dünyasını dəyişib. APA-nın Cənub bürosunun məlumatına görə, mərhumun cəsədi iyunun 5-də doğulub boya-başa çatdığı Lənkərana gətirilib və Liman şəhər qəbiristanlığında torpağa tapşırılıb. Qeyd edək ki, İlham Kazımov 1963-cü ildə Lənkəranda doğulub. İxtisasca ali təhsilli mühəndis olan İ. Kazımov 20 ildən çox idi ki, Rusiyanın Voronej şəhərində yaşayıb. Azərbaycan diasporunun formalaşmasında müstəsna xidmətləri olan bu şəxs “Birlik” Cəmiyyətinin sədri kimi Dünya Azərbaycanlılarının Qurultayında iştirak edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR