Bank Of Baku

DAK sədri Cavad Rusiyada səfərdə olub

DAK sədri Cavad Rusiyada səfərdə olub
# 07 iyun 2007 08:33 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri Cavad Derəxti təşkilatın qurultayı ərəfəsində mayın 27-dən iyunun 4-nə qədər Rusiyada səfərdə olub. DAK-ın Rusiya nümayəndəliyinin Moskva ofisindən verilən məlumatına görə, mayın 27-də C. Derəxti Moskvada DAK-ın Rusiya nümayəndəliyinin, DAK Məclisinin üzvləri və Moskvada çap olunan “Azərbaycan Diasporu” qəzetinin əməkdaşları görüşüb. Görüşdə DAK-ın fəaliyyəti və perspektivləri barədə müzakirələr aparılıb. Səfər çərçivəsində C. Derəxti Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu və Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanovla da görüşüb. Keçirilən görüşlərdə və aparılan müzakirələrdə DAK-ın IX Qurultayı ərəfəsində diasporun qarşısında duran problemlər və bundan çıxış yolları müzakirə mövzusu olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR