Bank Of Baku

“AZƏR-ÇEX” Cəmiyyətinin sədri Elşən Nəzərov Çexiya prezidenti Vaslav Klausla görüşüb

“AZƏR-ÇEX” Cəmiyyətinin sədri Elşən Nəzərov Çexiya prezidenti Vaslav Klausla görüşüb
# 11 iyun 2007 08:30 (UTC +04:00)
“AZƏR-ÇEX” Cəmiyyətinin sədri Elşən Nəzərov Çexiya Respublikasının prezidenti Vaslav Klausla görüşüb. Cəmiyyətin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Çexiya prezidenti bu ölkədəki Azərbaycan diasporunun sıralarında cəmləşdiyi təşkilatın fəaliyyəti ilə maraqlanıb, Praqada yeni “Azərbaycan Evi”nin açılışı münasibətilə təbrik edib və hədiyyə kimi öz şəxsi fotosunu imzalayıb. Görüş kütləvi qırğın aktı olan Lidiçe hadisələrinin 65-ci ildönümü münasibətilə keçirilən təntənəli mərasim zamanı baş tutub. Müxtəlif ölkələrin nümayəndələri və rəsmi şəxslərin iştirak etdiyi tədbirdə Çexiyada yaşayan həmvətənlərimiz memorial kompleksə əkil qoyublar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR