Bank Of Baku

Böyük Britaniyada “Sara Xatun” Azərbaycanlı Qadınlar Cəmiyyəti yaradılıb

Böyük Britaniyada “Sara Xatun” Azərbaycanlı Qadınlar Cəmiyyəti yaradılıb
# 11 iyun 2007 13:09 (UTC +04:00)
Londonda “Sara Xatun” Azərbaycanlı Qadınlar Cəmiyyəti fəaliyyətə başlayıb. Bu barədə APA-ya Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, Azərbaycanlı Gənclər Klubunun həmsədri Simuzər Baloğlanovanın təşəbbüsü ilə yaradılan qurumun məqsədi İngiltərədə yaşayan qadınları bir yerə toplamaqla yanaşı, həm də Azərbaycanda qadınların cəmiyyətdə tutduğu mövqeyi dünyaya çatdırmaqdır. Azərbaycanın ilk diplomat qadını Sara Xatunun həyat və fəaliyyətinin təbliği məqsədilə kitabçaların nəşr edilməsi və ingilis dilində internet saytın hazırlanması görüləcək işlər sırasındadır. Cəmiyyət gələcəkdə Böyük Britaniyada yaşayan azərbaycanlı qadınların asudə vaxtlarının səmərəli keçməsi üçün müxtəlif layihələr gerçəkləşdirməyi də nəzərdə tutur. “Sara Xatun” Azərbaycanlı Qadınlar Cəmiyyəti Böyük Britaniyadakı Türkiyə və digər icmaların qadın təmsilçiləri ilə əməkdaşlıq edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR