Bank Of Baku

London Azərbaycan məktəbinin rəqs qrupu beynəlxalq musiqi festivalında iştirak edib

London Azərbaycan məktəbinin rəqs qrupu beynəlxalq musiqi festivalında iştirak edib
# 12 iyun 2007 07:57 (UTC +04:00)
London Azərbaycan məktəbinin rəqs qrupu beynəlxalq musiqi festivalında iştirak edib. APA-nın Şərqi Avropa bürosunun məlumatına görə, Böyük Britaniyanın paytaxtı Londonda Beynəlxalq Rəqs və Musiqi Mərkəzi (International Dance and Music Centre) tərəfindən təşkil edilən ənənəvi “Xalq Rəqsləri Festivalı” başa çatıb. Türkiyəni təmsil edən folklor rəqs qruplarının fəal şəkildə iştirak etdiyi rəqs festivalına bu dəfə Şimali Kipr Türk Respublikasından rəqs kollektivləri və Londonda fəaliyyət göstərən “Caspian-Khazri” Azərbaycan məktəbinin rəqs qrupu da qatılıb. Artıq üçüncü ildir ki, təşkil edilən tədbirdə Taciyə Abbaszadə, Ülkər Nüsrətli və Fidan Hacıyevadan ibarət Azərbaycan rəqs qrupu 15 iştirakçı arasında 4-cü yerə layiq görülüb. Xatırladaq ki, bu yaxınlarda Londondakı Azərbaycan məktəbinin şagirdləri Böyük Britaniya paytaxtında keçirilən Bilik Müsabiqəsində bürünc medal qazanmışdılar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR