Bank Of Baku

Nazim İbrahimov: “Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinin həlli üçün layihələr həyata keçiriləcək”

Nazim İbrahimov: “Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinin həlli üçün layihələr həyata keçiriləcək”
# 21 iyun 2007 10:04 (UTC +04:00)
Bu gün Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Gürcüstanın Kvemo-Kartli bölgəsinin qubernatoru Zurab Melikişvilini qəbul edib. Komitədən APA-ya verilən məlumata görə, N. İbrahimov son vaxtlar Azərbaycan-Gürcüstan münasibətlərinin uğurla inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, bu görüşdən sonra Kvemo-Kartli bölgəsində yaşayan azərbaycanlıların problemləri dəqiqləşdiriləcək və onların həlli yolları müzakirə ediləcək. Azərbaycan dövlətinin Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı müəyyən planlarının olduğunu deyən N. İbrahimov bu məqsədlə layihələr həyata keçiriləcəyini, yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində birgə işlər görüləcəyini vurğulayıb. Rəhbərlik etdiyi quberniyada yaşayan azərbaycanlıların problemlərinin olduğunu etiraf edən Z. Melikişvili isə qarşılıqlı fəaliyyətlə bunların aradan qaldırılacağını bildirib: “Bu problemlərin bəziləri köklü problemlərdir və əvvəllər də mövcud olub. Ancaq problemlərin həlli istiqamətində işlər görülür. Gürcüstanda yaşayan azərbaycanlıların problemlərin 80 faizi həllini tapıb. Bu il yol problemi həll olunub, gələn il isə içməli su problemi həllini tapacaq”. Qeyd edək ki, Z. Melikşvilinin rəhbərlik etdiyi nümayəndə heyətinə qubernatorun müavini Azər Süleymanov, Rustavi şəhərinin meri David Nadaişvili və Marneuli bələdiyyəsinin sədri Eyvaz İsmayılov daxildir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR