Bank Of Baku

Kaliforniyada ştatın Türk icmasının 10-cu mədəniyyət və incəsənət festivalı keçirilib

Kaliforniyada ştatın Türk icmasının 10-cu mədəniyyət və incəsənət festivalı keçirilib
# 06 avqust 2007 12:46 (UTC +04:00)
Kaliforniyanın Türk-Amerika Assosiasiyasının keçirdiyi festivalda milli “YORE” və qədim sufi qrupunun çıxışları amerikan auditoriyasında xüsusi maraq doğurub. Qeyd edək ki, artıq bir necə ildir Şimalı Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzi də (ŞKAMM) bu toplantıya qatılır. Bu il cəmiyyət üzvləri festivalın keçirildiyi ərazidə yer alaraq Azərbaycan xalça sənətinə dair ekspozisiya açıb, milli musiqi və tariximizi tərənnüm edən faktları amerikan auditoriyasına çatdırıblar. Eyni zamanda azərbaycanlı uşaqlardan ibarət milli rəqs qrupunun çıxışı da olub. Cəmiyyətin təsisçisi Samir Lütfəliyev APA-ya bildirib ki, ŞKAMM-ın məqsədi yaxın illərdən etibarən Kaliforniyada müstəqil şəkildə Azərbaycan festivallarını keçirməkdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR