Bank Of Baku

Kanadada Azərbaycan televiziyası açılıb

Kanadada Azərbaycan televiziyası açılıb
# 08 avqust 2007 08:30 (UTC +04:00)
Kanada Azərbaycan Dərnəkləri Federasiyasının (KADF) təşəbbüsü ilə Kanadada “AzCan TV” adlı Azərbaycan telekanalı açılıb. KADF ilə ROGERS TV arasında bağlanan müqaviləyə əsasən sentyabrın 1-dən efirə çıxması nəzərdə tutulan “AzCan TV” ilk mərhələdə həftədə 1 saatlıq proqramla ROGERS TV-nin nəzdində fəaliyyət göstərəcək. KADF prezidenti Əkbər Məcidov APA-ya açıqlamasında bildirib ki, “AzCan TV” Kanada və Azərbaycan arasında körpü rolunu oynayacaq: “Bu televiziya Kanadada yaşayan həmvətənlərimizin səsi, milli mədəniyyətimizin və milli varlığımızın Kanadada yaşadılması üçün vasitə olacaq. Biz inanırıq ki, “AzCan TV” daha da inkişaf edərək, xalqımız və ölkəmizin daha çox tanıdılmasına böyük töhfələr verəcək”. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR