Bank Of Baku

Gürcüstanda fəaliyyət göstərən “Qeyrət” Xalq Hərəkatının sədri Azərbaycan hökumətindən dəstək istəyir

Gürcüstanda fəaliyyət göstərən “Qeyrət” Xalq Hərəkatının sədri Azərbaycan hökumətindən dəstək istəyir
# 08 avqust 2007 11:09 (UTC +04:00)
Gürcüstanda fəaliyyət göstərən “Qeyrət” Xalq Hərəkatının sədri Əlibala Əsgərov qonşu ölkədə yaşayan soydaşlarımızın problemləri ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, Ə. Əsgərov bildirib ki, Gürcüstanın yeni təhsil qanunu azərbaycanlıların təhsil hüququnu əlindən alır. Onun sözlərinə görə, bu qanunun qəbulu zamanı Gürcüstan vətəndaşı olan qeyri-millətlərin fikirləri nəzərə alınmayıb: “Həm Azərbaycanda, həm də Gürcüstanda bəzi məmurlar deyir ki, guya orada yaşayan azərbaycanlılar gürcü dilində təhsil almadığından dövlət vəzifələri tuta bilmir. Bunlar tamamilə yalan və qərəzli açıqlamalardır. Minlərlə azərbaycanlı göstərmək olar ki, gürcü dilində təhsil alıb. Amma həmin adamların bir faizi də dövlət işlərinə qəbul edilmir. Azərbaycanlılar qərəzli siyasət və müxtəlif bəhanələrlə mühüm postlara yaxın buraxılmır. Ermənilər isə bütün sahələrdə təmsil olunur”. Ə. Əsgərov yaranmış vəziyyətlə bağlı Azərbaycan hökumətindən dəstək istədiklərini bəyan edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR