Bank Of Baku

Əlibala Əsgərov: “Gürcüstan azərbaycanlılarının yaratdığı QHT-lər Azərbaycanda mühüm post tutan gürcüstanlılar tərəfindən idarə olunur”

Əlibala Əsgərov: “Gürcüstan azərbaycanlılarının yaratdığı QHT-lər Azərbaycanda mühüm post tutan gürcüstanlılar tərəfindən idarə olunur”
# 08 avqust 2007 11:33 (UTC +04:00)
“Gürcüstan azərbaycanlılarının yaratdığı ictimai qurum rəhbərlərinin iddiaları təşkilatlarımızın vahid mövqedən çıxış etməsinin qarşısını alır. Bu təşkilatlar bir-birini müxtəlif məsələlərdə ittiham etməklə ümumi işə zərbə vururlar”. APA-nın məlumatına görə, Gürcüstanda fəaliyyət göstərən “Qeyrət” Xalq Hərəkatının sədri Əlibala Əsgərov jurnalistlərə açıqlamasında bildirib ki, ermənilərlə müqayisədə azərbaycanlı təşkilatlar bu ölkədə dağınıq şəkildə fəaliyyət göstərirlər. Nəticədə azərbaycanlıların problemlərinin həlli ikinci dərəcəli məsələyə çevrilir. Ə. Əsgərovun sözlərinə görə, azərbaycanlıların yaratdığı QHT-lər Azərbaycanda mühüm post tutan və əslən Gürcüstandan olan şəxslər tərəfindən idarə olunur. Bu da bəzən təşkilatlar arasında qarşıdurmalara səbəb olur. Ə. Əsgərov Gürcüstan azərbaycanlıları arasında qruplaşmaların yarandığını da gizlətməyib. Azərbaycanlıların yaratdığı QHT-lərin iqtisadi durumunun yaxşı olmadığını qeyd edən Ə. Əsgərov ermənilərin bu sahədə geniş maliyyə imkanlarına sahib olduğunu vurğulayıb: “Soros” Fondu azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartli bölgəsində bircə dənə də layihə həyata keçirmədiyi halda, ermənilərin çoxluq təşkil etdiyi Samtsxe-Cavaxetiyada “Rustavi-2” telekanalının erməni dilinə tərcüməsini həyata keçirir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR