Bank Of Baku

Ahıska türklərinin Beynəlxalq “Vətən” Cəmiyyətinin sədri Süleyman Barqakadze avqustun sonunda Bakıya səfər edəcək

Ahıska türklərinin Beynəlxalq “Vətən” Cəmiyyətinin sədri Süleyman Barqakadze avqustun sonunda Bakıya səfər edəcək
# 08 avqust 2007 12:38 (UTC +04:00)
Ahıska türklərinin Beynəlxalq “Vətən” Cəmiyyətinin sədri Süleyman Barqakadze avqustun sonunda Bakıya səfər edəcək. Ahıska türklərinin “Vətən” Cəmiyyətinin sədri İbrahim Burhanov APA-ya bildirib ki, səfər Beynəlxalq "Vətən" cəmiyyətinin təşəbbüsü ilə bu ilin sonunda keçiriləcək konfransa hazırlıq məqsədi daşıyır və keçirilən bu görüşlərin nəticəsi həmin konfransda müzakirə ediləcək. Səfər çərçivəsində ahıska türklərinin kompakt yaşadığı ərazilərdə olacağını deyən İ. Burhanovun sözlərinə görə, bu görüşlərdə S. Barqakadze ahıska türklərinin sosial-iqtisadi vəziyyəti və onların Gürcüstana dönməsi ilə bağlı fikirlərini öyrənəcək. Qeyd edək ki, beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklə əlaqədar Gürcüstan dövləti İ. Stalinin əmri ilə 1944-cü ilin noyabrında öz tarixi torpaqlarından keçmiş SSRİ-nin Orta Asiya və başqa bölgələrinə sürgün edilən ahıska türklərinin geri qayıtmasını təmin edəcək sənəd qəbul edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR