Bank Of Baku

Azərbaycandan olan 20 uşaq Moskvada səfərdədir

Azərbaycandan olan 20 uşaq Moskvada səfərdədir
# 09 avqust 2007 12:25 (UTC +04:00)
Azərbaycandan gəlmiş uşaqlar Moskvanı ziyarət ediblər. APA-nın Şərqi Avropa bürosunun xəbərinə görə, Azərbaycandakı rus icmasının “Azərros” Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti ilə birlikdə təşkil etdiyi proqram çərçivəsində Azərbaycandan olan 20 uşaq Rusiya paytaxtını ziyarət edib. Heyətin rəhbəri Lyubov Qribova deyib ki, onlar artıq 6 nəsildir Azərbaycan torpağında yaşayırlar: “Bizim babalarımız, atalarımız, analarımız, indi isə uşaq və nəvələrimiz bu bərəkətli diyarda yaşayırlar. Bununla yanaşı, Rusiya ilə əlaqələrimizi də itirmirik”. Azərbaycandan gələn heyət “Azerros”da görüş keçirdikdən sonra Moskvanın görməli yerlərini gəzib. Moskva Soydaşlar Evinin Azərbaycan üzrə təmsilçisi Viktor Tatarenkonun sözlərinə görə, Azərbaycandakı rus icması sıralarında 170 min nəfəri cəmləşdirən güclü təşkilatdır: “Bu il “Azərros”la birgə “Salam, Moskva!” layihəsini gerçəkləşdirdik. Layihədə iştirak edən uşaqlar Azərbaycan rus icmasının rayon şöbələri tərəfindən seçilib. Ekskursiya ilə yanaşı, biz Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirməyə çalışdıq ki, qoy gənc nəsil iki ölkə arasındakı 200 illik dostluğun səngimədiyini başa düşə bilsin”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR