Bank Of Baku

Sabah xarici ölkələrdə təhsil alan və məzun olmuş azərbaycanlı gənclərin 7-ci beynəlxalq forumu keçiriləcək

Sabah xarici ölkələrdə təhsil alan və məzun olmuş azərbaycanlı gənclərin 7-ci beynəlxalq forumu keçiriləcək
# 10 avqust 2007 10:04 (UTC +04:00)
Avqustun 11-də Qafqaz Universitetində xarici ölkələrdə təhsil alan və məzun olmuş azərbaycanlı gənclərin 7-ci beynəlxalq forumu keçiriləcək. Bu barədə APA-ya məlumat verən tədbirin təşkilatçılarından biri Orxan Əkbərov bildirib ki, forumda 20-yə yaxın ölkədən gələn gənc iştirak edəcək. “Qarabağ probleminin həllində azərbaycanlı gənclərin rolu” şüarı altında keçiriləcək tədbirdə azərbaycanlı gənclərin problemləri, diaspor və s. mövzularla bağlı müzakirələr açılacaq. Forum Təhsil Nazirliyinin, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin və Çağ Öyrətim Şirkətinin dəstəyi ilə keçirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR