Bank Of Baku

Qaqauz Yeri ilə Moldovanın mərkəzi hakimiyyəti arasında gərginlik yaranıb

Qaqauz Yeri ilə Moldovanın mərkəzi hakimiyyəti arasında gərginlik yaranıb
# 15 avqust 2007 11:10 (UTC +04:00)
Qaqauz Yeri ilə Moldovanın mərkəzi hakimiyyəti arasında gərginlik yaranıb. APA-nın Şərqi Avropa bürosunun Qaqauz Yeri başqanlığının mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, muxtar qurumun paytaxtı Komrat şəhərində təcili müşavirə keçirilib. Müşavirədə muxtar qurumun başqanı Mixail Formuzal və Aqrosənaye kompleksi idarəsinin rəhbərliyi iştirak edib. AKİ rəhbəri İlya Topçu bildirib ki, son dövrdə Moldovanın mərkəzi hakimiyyət orqanları Qaqauz Yerindən üzümün Ukraynaya ixracına ciddi maneələr yaratmaqdadırlar. Buna misal olaraq “Temizlik” firmasına aid olan külli miqdarda məhsulun gömrükdə saxlanması və artıq məhv olmaq ərəfəsində olması göstərilib. Gömrük işçiləri hərəkətlərinə səbəb kimi mərkəzdən yazılı razılıq almamasını göstəriblər. Digər tərəfdən, Moldova hökumətinin kənd təsərrüfatına verdiyi subsidiyaların Qaqauz Yerinə çatdırılmasında problemlər var. Bütün bunlar öz növbəsində muxtar qurumun iqtisadiyyatının əsası olan üzümçülükdə qiymətlərin süni şəkildə aşağı düşməsinə gətirib ki, bu da ictimai gərginliyə səbəb olub. Qaqauz yerinin başqanı Mixail Formuzal baş nazir Vasile Tarlev ilə əlaqə saxlayaraq, problemin həllinə çalışacağını bildirib. Onun sözlərinə görə, ölkə rəhbərliyi Qaqauz yerində sabitlik və sakitliyin qorunmasında maraqlı olmalıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR