Bank Of Baku

Nazim İbrahimov: Gürcüstanda Azərbaycan dilində qəzetin nəşr olunması vacibdir”

Nazim İbrahimov: Gürcüstanda Azərbaycan dilində qəzetin nəşr olunması vacibdir”
# 15 avqust 2007 13:40 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib. N. İbrahimov deyib ki, lazım gələrsə qəzetin yeni ofislə təmin olunmasına köməklik göstəriləcək: “Bu qəzet fəaliyyətini davam etdirməlidir. İndiki məqamda Gürcüstanda Azərbaycan dilində qəzetin nəşr olunması vacibdir”.
Gürcüstanda Azərbaycan dilində nəşr olunan “Gürcüstan” qəzetinin yerləşdiyi binadan çıxarılması müvafiq icarə müqaviləsinin bağlanmaması ilə əlaqədardır. Bu barədə APA-ya Azərbaycanın Gürcüstandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib. Səfirlikdən bildiriblər ki, “Gürcüstan” qəzeti konkret fiziki şəxsə məxsus olan müstəqil mətbuat orqanıdır və hələlik qəzetin nümayəndələri səfirliyə müraciət etməyiblər: “Qəzeti ofislə təmin etmək üçün büdcəmizdə vəsait olmasa da, biz hansısa formada kömək edə bilərdik”. Eyni binada yerləşən və erməni dilində nəşr olunan qəzetin ofisdən çıxarıldıqdan sonra Ermənistan səfirliyi tərəfindən yerlə təmin edilməsi ilə bağlı yayılan xəbərlərə toxunan Azərbaycan səfirliyinin əməkdaşı deyib ki, erməni qəzeti həmin binanı daha əvvəl tərk edib: “Onlar bilirdilər ki, əvvəl-axır oradan çıxarılacaqlar. Ermənistan səfirliyi isə heç vaxt heç kimə kömək etmir. Onlar həmişə maliyyə vəziyyətlərinin ağır olduğunu bildirirlər, hətta müstəqillik günündə rəsmi qəbul da keçirmirlər”. Səfirlikdən onu da əlavə ediblər ki, Gürcüstanda Azərbaycan dilində bir neçə qəzet çıxır və səfirliyin bu qəzetlərdən hər hansı birini öz himayəsində saxlaması doğru olmazdı.
Xatırladaq ki, qəzetin baş redaktor müavini İslam Əliyev APA-nın Gürcüstan bürosuna açıqlamasında hazırda küçədə qaldıqlarını, yeni ofis axtarışında olduqlarını, Tbilisi meriyası ilə danışıqlar apardıqlarını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR